17:49, 02 Fevral 2018 (Cümə) 180

Gürcüstan hökuməti bu maşından imtina edir

Gürcüstan hökuməti bu maşından imtina edir


/ DÜNYA
"Gürcüstanda qara rəngdə olan JEEP tipli avtomobillərin dövrünə son qoymaq zamanı yetişib”.

Bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.

Hökumət başçısı bildirib ki, qara rəngli avtomobillər onu və hər kəsi qıcıqlandırır: "Hökumət administrasiyasının avtomobil parkındakı qara maşınları ekoloji təmiz maşınlarla əvəz etmək lazımdır.  Bunu yalnız hökumət deyil, güc strukturları da etməlidir. Heç yerdə yazılmaylb ki, güc strukturları mütləq qara JEEP-lərdən istifadə etməlidir. Bu prosesə nazirliklərdə başlanacaq. Buna birdən başlaya bilmərik, belə ki, böyük maliyyə tələb olunur”. 

G. Kvirikaşvili qeyd edib ki, protokolun tələb edəcəyi halda, istisnalar mümkündür: "Beynəlxalq təşkilatlar ağ rəngli maşınlardan istifadə edir. Biz mərhələli şəkildə qara rəngli JEEP-lərin istifadəsindən imtina etməliyik”.

APA