13:57, 12 Mart 2018 (Bazar ertəsi) 230

Gürcüstan baş naziri Azərbaycana gəlib

Gürcüstan baş naziri Azərbaycana gəlib
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 12-da Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, onu hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstan hökumətinin başçısı Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanla Gürcüstanın birgə iştirakı ilə regionda həyata keçirilən layihələr, regional təhlükəsizlik və ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunmalıdır.