18:33, 09 Mart 2018 (Cümə) 108

Gürcüstan azərbaycanlıları üçün müasir təhsil kompleksi

Gürcüstan azərbaycanlıları üçün müasir təhsil kompleksi
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda müasir özəl təhsil kompleksi yaradılacaq.
 
APA-nın verdiyi xəbərə görə, Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyi kompleks üçün Marneulidə, A.Şaiq küçəsində yerləşən 3 520 kv m. torpaq sahəsini və sahədə yerləşən binaları 500 min lariyə (205 min dollar) "Beynəlxalq Təhsil Mərkəzi” MMC-yə verib.
 
Yeni təhsil kompleksində məktəbəqədər təhsil müəssisəsi, idman-rekreasiya infrastrukturu, dil tədrisi, peşə təhsili və ixtisasartırma mərkəzi olacaq. Kompleks etnik azərbaycanlılar tərəfindən dövlət dilinin öyrənilməsi və onların Gürcüstan cəmiyyətinə inteqrasiyasında mühüm rol oynayacaq. 500 şagirdin təhsil alacağı kompleksdə 50 nəfərin işlə təmin olunması nəzərdə tutulub.