Sosial

"Görmək istədiyim heç nə yoxdur həyatda" - "Bölgədən səslər"

14 Dekabr, 2018
2477
Zaqatala bazarına addım atan kimi bazara məxsus səs-küydən əlavə xoş melodiya insanın diqqətini özünə çəkir. 

Səsə diqqət edəndə musiqinin haradan gəldiyini ayırd etmək elə də çətin olmur. 

Bir az yaxınlaşanda kənarda oturan bir nəfərin balaca stulda əyləşib köhnə qarmonda nəsə ifa etdiyi görürsən…

Ramazan Sofiyev - onun 36 yaşı var. 

Zaqatalada doğulub, əslən avardır. 31 ildir ki, görmə qabiliyyətini itirib. Onu yalnız ifa etdiyi musiqilər bu dünyaya bağlayır. 

Hər gün isti-soyuq demədən bura gəlir. Səhər saat 9-dan günorta 1-ə qədər qarmonda müxtəlif musiqilər ifa edir.  

Görmə məhdudiyyətli olmasına səbəb 5 yaşında ona yanlışlıqla vurulan peyvənddir. 

Özü belə deyir. Qızdırmalı olduğu halda peyvənd olunması tibbi cəhətdən təhlükəli sayılır. 

Deyir ki, həkim səhlənkarlığı ucbatından görmə qabiliyyətini itirib.

"Təkcə pensiya ilə dolanmaq olmur"

"5 yaşıma qədər görə bilirdim, lakin qızdırmalı olduğum halda həkim peyvənd vurdu. Bundan sonra artıq görmədim. Həmin həkimi isə tapmaq mümkün olmadı, bütün izləri itirdilər. Hansı vaxtda, hansı iynədən istifadə edilib, sübut etmək mümkün olmadı", - deyə Ramazan Sofiyev başına gələnləri anladır.  

Müalicə almaq üçün ailəsi onu Ukraynaya aparır. Onlar müəyyən müddət orada yaşamalı olurlar. 

Ukraynada görmə məhdudiyyətlilər üçün nəzərdə tutulan məktəbdə təhsil alır, həmçinin orada öz istəyilə qarmon ifa etməyi öyrənir: "5 il Ukraynada yaşadıq, müalicə bir nəticə vermədiyi üçün Azərbaycana qayıtdıq. Təhsilimə burada davam etdim. 10 yaşımdan sonra isə qarmon ifa etməyə başladım. Bu gün mənim gündəlik qazancım demək olar ki, bundan çıxır. Artıq 26 ildir ki, yalnız qarmon ifa etməklə məşğulam. İşimi həddən çox sevirəm, yaxud sənətimə çox bağlıyam desəm, yalan olar, ancaq başqa çarəm yoxdur. Ailəliyəm, 9 yaşında qızım, 8 yaşında oğlum var. Məktəbləri uzaq olduğu üçün onları taksi aparıb-gətirir. Bunları nəzərə almaq lazımdır. Təkcə pensiya ilə dolanmaq olmur".

Ramazan Sofiyev Ukraynada oxuduğu vaxtlarda onlara keçilən əmək dərsi həm də təcrübə kimi qeydə alınıb. Ona görə indi 260 manat pensiya alır. Lakin o, bunun bir ailəyə bəs etmədiyini deyir: "Tək adam olsaydım, bəlkə, idarə etmək olardı, mənim isə ailəm var. Uşaqların məktəb xərcləri, gündəlik məişət xərcləri və s. Üstəlik, evimiz də yaxşı vəziyyətdə deyil, təmiri tamamlanmayıb, yarımçıqdır. Qohumlar, tanışlar olsa da, elə də fərq etmir. Hər kəs özü üçün yasayır".

"Digər musiqiçilər görür, mən isə görmürəm"

Günün 4 saatını Zaqatala bazarında keçirən Ramazan Sofiyev deyir ki, işləməyə başqa yer olmadığı üçün buradadır: "Açığı qarmonumun vəziyyəti elə də yaxşı deyil, köhnədir. Bəzən kimsə yaxınlaşır ki, musiqi sifariş etsin, amma alınmır. Çünki bu qarmonun səs imkanları məhduddur. O vaxt Ukraynada bu qarmonlar meyxana tipli musiqiləri müşahidə etmək üçün istifadə edilirdi. Mən bir dəfə başqa bir qarmonla maraqlanmışdım. Onda istədiyim bütün xüsusiyyətlər olsa da, qiyməti 1800 manat idi. Yəqin, heç vaxt onu öz imkanlarımla ala bilmərəm. Qarmon yaxşı olsa, bəlkə, daha çox qazanmaq olar. İndi gündəlik qazancım ən yaxşı halda 10-12 manatdır. O da ki həmişə olmur. Hansısa ansamblda toylara getmək olardı, amma onun çətinliyi lap çoxdur. O biri musiqiçilər görür, mən isə görmürəm. Mütləq yanımda mənim rahat hərəkətim üçün bir nəfər olmalıdır".

"Görmək istədiyim heç nə yoxdur həyatda, heç uşaqlarımın görünüşü necədir deyə düşünməmişəm"


 
Hər gün səhər onu bura həyat yoldaşı gətirir, saat 1-də isə evə aparmaq üçün yenidən bazara qayıdır: "Burada elə də çətinliyim olmur, çünki günün az hissəsini burada otururam. Nahar vaxtı artıq evdə oluram. Çətinlik bəzən hava ilə bağlı olur. Artıq illərdir qış-yay fərq etmədən bura gəlirəm. Soyuq olur bəzən, xüsusilə qışda barmaqları donur adamın, ancaq başqa çarə yoxdur. Görmək istədiyim heç nə yoxdur həyatda, heç uşaqlarımın görünüşü necədir deyə düşünməmişəm. Sadəcə, arada fikirləşirəm ki, görəsən, böyüyürlərmi…"

Ramazan sosial müavinət almaq üçün dəfələrlə rəsmi qurumlara müraciət etsə də, cəhdlərinin uğursuz olduğunu deyir: "Hər dəfə müraciət üçün sənədləri toplamağa 200-300 manat pul gedir. Bir neçə il dalbadal cəhd etməyə çalışdım. Hər dəfəsində bir bəhanə ilə sənədləri qəbul etmirdilər. Artıq yorulmuşam, heç bir yerə müraciət etmirəm. Bəzən də görürsən ki, heç ehtiyacı olmayan biri hansısa yolla sosial müavinət alır. Onda adama təsir edir. Dövlətdən istəyim o olardı ki, görmə məhdudiyyəti olanlara, xüsusilə də, bölgədə yaşayanlara diqqət ayırsınlar".
 
 
Türkan Bəşir
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo