İqtisadiyyat

"Gilan"a bağlı yeni holdinq qurulub

4 Oktyabr, 2017
4575
Vergilər nazirliyi yeni yaradılmış holdinq haqda məlumat verib. Məlumatların təhlili göstərir ki, bu şirkətin "ayaqları" ölkənin çoxsaylı şirkətlərinə sahib olan "Gilan Holding" MMC-yə gedib çıxır.

"GP Cotton Holdings" MMC "Gilan Holding" Şirkətlər Qrupunun Bakıda, Nəriman Nərimanov prospektindəki baş ofisində yerləşir. Onun kapitalına ilkin olaraq 1 milyon manat qoyulub. Rövşən Həsənov bu yeni holdinqə direktor təyin olunub.

Kənd təsərrüfatı sektoruna aid 7 şirkət

2016-cı ildə firma adında "GP" hərf birləşməsini daşıyan yeddi şirkət ("GP STOCK FEED" "GP SOY PROCESSİNG", "GP FUZULI COTTON", "GP IMISHLI COTTON", "GP STURGEON FARM", "GP ALPHA GREENHOUSE", "GP QUBA ORCHARD" MMC-lər) yaradıldı. Bu şirkətlərdən birinə "MKT İstehsal və Kommersiya" şirkətlər qrupunun direktoru, Eldəniz Quliyev rəhbərlik edir. Bu şəxs həm də "Gilan Cotton and Grain", "MNK", "Gilan Orchard" şirkətlərini yönəldir.

Bütün yollar "Gilan Holding"ə aparır

Adının çəkilməsini istəməyən, "Gilan Holding"ə yaxın mənbə AzadlıqRadiosuna deyib ki, adıkeçən şirkətlər həqiqətən bu şirkətlər qrupunun aqrar bölməsinə daxildir və holdinq tərəfindən yönəldilir. Məsələn, məlumdur ki, "GP Alpha Greenhouse" MMC Salyan rayonu, Kürsəngi kəndində 5 hektar ərazidə tikilən istixanada kənd təsərrüfatı məhsulları yetişdirir. Lakin mənbə faktiki təsisçilər barədə bilgi verə bilməyib. Qeyd edək ki, bəzi sosial şəbəkələrdə bu şirkətlərin bir neçəsi «Gilan Holding» MMC-nin törəməsi kimi təqdim olunur.

"GP Cotton Holdings" MMC bu ilin iyulunda təsis olunub. Vergilər nazirliyi təsis məlumatlarını bu gün – oktyabrın 4-də açıqlayıb.

"Gilan Holding" pambıq istehsalı və emalı sahəsində fəaliyyət göstərən ən iri şirkətdir. Holdinqin iri əkin sahələri, 20-dək pambığın ilkin emalı zavodu, eləcə də Bakı, Gəncə və Sumqayıtda tekstil fabrikləri var. Hazırda o, Mingəçevirdə yeni tekstil parkının inşası ilə məşğuldur. Holdinq fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsusdur.
 
mənbə: azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo