Sosial

Gənclərlə bağlı 4 illik dövlət proqramı təsdiq olunub

16 Sentyabr, 2017
544
 Prezident İlham Əliyev sentyabrın 15-də "Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” dövlət proqramı ilə bağlı sərəncam imzalayıb.

Ölkə başçısının rəsmi internet səhifəsi dövlət proqramının mətnini açıqlayıb.

Proqram ölkə başçısının 2012-ci ildə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanıb. Sənədin girişində Azərbaycanın müstəqillik əldə etməsindən sonrakı dövrdə gənclər siyasəti istiqamətində atılan addımlardan bəhs olunur. 

Bildirilir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib.

Dövlət proqramının məqsədi ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaqç kimi izah edilir.

Proqramın vəzifələrinə gəlincə, hökumət gənclərin hərtərəfli inkişafından ötrü şəraitin formalaşdırılmasını hədəfləyir.

Proqramın icrası ilə gənclərin azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi gücləndirilməlidir. Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərləri təbliğ edilməlidir.

Gənclərin sağlamlığının qorunması, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi, tələbələrin mütərəqqi ideya və təşəbbüslərinin dəstəklənməsi də vəzifələr sırasına daxil edilib.

İnsan hüquqları, gender bərabərliyi, insan alverinə, zorakılığa qarşı mübarizə ilə bağlı gənclərin məlumatlarının artırılması da proqram çərçivəsində gerçəkləşdirilməlidir.

Həyata keçiriləcək tədbirlər dövlət büdcəsi, büdcədənkənar dövlət fondları hesabına maliyyələşdiriləcək.

Bu istiqamətə kredit və qrantların cəlb edilməsi də planlaşdırılır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo