21:25, 09 Aprel 2018 (Bazar ertəsi) 125

Gənclər Fonduna 3 milyon manat ayrılıb

Gənclər Fonduna 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"APA"-nın verdiyi xəbərə görə, gənclərin təhsil, məşğulluq, innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, asudə vaxtın səmərəli təşkili, ictimai fəal gənclərin stimullaşdırılması istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Gənclər Fonduna 3 milyon manat ayrılıb.