Siyasət

Gələcək Azərbaycan Partiyasının 8 üzvü polisə çağırılıb

29 Mart, 2018
1308
Martın 28-də Gələcək Azərbaycan Partiyasının 8 fəalı polisə çağırılaraq izahat alınıb, xəbərdarlıq edilərək azad buraxılıb.

Bu barədə partiyanın sədri Ağasif Şakiroğlu Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, fəallardan Zaman Mirzəməmmədov Nərimanov rayon Məhkəməsi tərəfindən xuliqanlıq ittihamı ilə inzimati qaydada 100 manat cərimə olunub.

"Partiyanın fəalları martın 10-da Fəvvarələr meydanında keçirtdiyi icazəsiz aksiyaya görə polisə çaırılıb. Gələcək Azərbaycan Partiyası rejimin bu represiv addımını qınayır, partiya fəalımızın azad edilməsini hakimiyyətdən tələb edir. Hesab edirik ki, seçki öncəsi olduğu bir zamanda bu tip represiv üsullara əl atmış rejim, bu əməli ilə seçki sonrası yürüdəcək siyasətinin mahiyyətini cəmiyyətə təqdim etməkdədir. Represiyaya əl atmış rejim anlamalıdır ki, bu tip üsullarla hakimiyyətin ömrünü uzatmaq mümkün olmayacaqdır”, partiyanın mətbuat xidmətinin məlumatında deyilir.

Rəsmi qurumlar partiya fəallarının polisə çağırlmasının səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.

Martın 10-da Gələcək Azərbaycan Partiyasının bir qrup üzvü Bakının mərkəzində, "Fəvvarələr” meydanında "Saxta seçkilərə yox!” şüarı ilə etiraz aksiyası keçirib.

Gələcək Azərbaycan Partiyası 2014-cü il fevralın 23-də təsis edilib. Milli Məclisin keçmiş sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev GAP-ın fəxri üzvüdür.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo