16:09, 03 Yanvar 2017 (Çərşənbə axşamı) 127

Fövqəladə vəziyyət rejimi uzadılır

Fövqəladə vəziyyət rejimi uzadılır
Türkiyədə fövqəladə vəziyyət rejimi 3 ay müddətinə uzadıla bilər. toplumtv-nın "Sözcü”yə istinadən verdiyi xəbərə görə, bu barədə baş nazir Binəli Yıldırım məlumat verib.
 
O bildirib ki, fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılması məsələsinə parlamentdə baxılacaq.
 
Qeyd edək ki, qərar qəbul olacağı təqdirdə, fövqəladə vəziyyət rejimi 3-cü dəfə uzadılacaq. Fövqəladə vəziyyət rejiminin müddəti 19 yanvarda başa çatır. Fövqəladə vəziyyət rejimi ötən ilin iyulunda hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.