19:20, 28 Fevral 2018 (Çərşənbə) 353

Funt sterlinq kəskin ucuzlaşıb

Funt sterlinq kəskin ucuzlaşıb
İngiltərə baş naziri Tereza Meyin Avropa İttifaqı (Aİ) tərəfindən təqdim edilən "Brexit" şərtlərinin qəbulunun mümkünsüz olduğunu bildirməsindən sonra funt sterlinq kəskin ucuzlaşıb.

"Report" xəbər verir ki, USD/GBP məzənnəsi 1,39-dan 1,3809-a qədər geriləyib.

T.Mey Aİ tərəfindən irəli sürülən şərtlərin, xüsusilə Şimali İrlandiya və Birləşmiş Krallıq sərhədləri ilə bağlı mübahisəli olduğunu söyləyib: "Belə şərtlər İngiltərənin heç bir baş naziri tərəfindən qəbul edilə bilməz.