11:35, 22 Yanvar 2018 (Bazar ertəsi) 372

Fransanın xarici işlər naziri İrana gedir

Fransanın xarici işlər naziri İrana gedir
Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyir ki, martın 5-də İrana səfər edəcək. O, Tehranın ballistik raket proqramını və 2015-ci ildə dünya gücləriylə imzaladığı nüvə sazişini müzakirə edəcəyini bildirir.

"İranla ballistik raketlərdən istifadə və regional məsələlərlə bağlı dialoqa başlamışıq”, – nazir "Le Figaro” qəzetinə müsahibəsində deyib.

İranda üç həftə davam etmiş antihökumət etirazlarından sonra Le Drian İrana səfərini təxirə salmışdı.

Le Drian deyib ki, Fransa "İranın Yaxın Şərqdə sabitsizlik yaradan hərbi nüfuzunu. Onun Livanın Hizballah qruplaşmasına və Yəməndəki husi yaraqlılarına maliyyə dəstəyini müzakirə etmək istəyir”.

Nazir daha öncə İranı regionda "hegemon” niyyətləri güdməkdə suçlayıb. Tehransa buna cavabında Fransan "regiondakı böhranlara qərəzli və birtərəfli yanaşma”da ittiham edib.