11:24, 03 Fevral 2018 (Şənbə) 35

"Fitch" yaxın 2 il barədə müsbət proqnoz verir

"Fitch" beynəlxalq reytinq agentliyi dünya bazarında sabit neft qiymətləri ehtimalları fonunda Azərbaycanda yaxın 2 il ərzində milli valyuta - manatın məzənnəsinin kəskin dəyişməyəcəyini proqnozlaşdırır. 

Bu barədə Agentliyin Azərbaycanla bağlı hazırladığı reytinq qiymətləndirməsi hesabatında bildirilib. 

"Fitch" Azərbaycanda kredit və depozitlərin dollarlaşma dərəcəsinin azaldığını və 2017-ci ilin noyabr ayının sonuna müvafiq olaraq 40,6% və 72,1% təşkil etdiyini bildirib.