13:21, 25 May 2018 (Cümə) 80

FHN içində iki cəsəd olan qayıq aşkar edib

FHN içində iki cəsəd olan qayıq aşkar edib
Mayın 24-də saat 13-də Xəzər dənizində sahildən 90 km məsafədə içində şəxsiyyəti müəyyən edilməmiş iki cəsəd olan rezin qayıq aşkarlanıb. Bu barədə Azərbaycan FHN-in mətbuat xidmətinin məlumatında deyilir.

Hadisə yerinə "Vixr-3" xilasedici gəmisi göndərilib, bundan sonra cəsədlərin və qayığın sahilə çatdırılması əməliyyatı başlayıb. Saat 17 radələrində əməliyyat hələ davam edirdi. Həlak olan şəxslərin şəxsiyyəti və ölüm səbəbləri açıqlanmır.