10:48, 11 Sentyabr 2018 (Çərşənbə axşamı) 413

Fəxrəddin Abbaszadə saxlanılıb

Fəxrəddin Abbaszadə saxlanılıb
Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadə sentyabrın 6-da Moskva vilayətinin Lyuberets şəhərində saxlanılıb.

Rusiya mətbuatının məlumatına görə, Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri separatçı Fəxrəddin Abbasova (Aboszadə) qarşı Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri irəli sürülüb.

Bildirilib ki, Lyuberets şəhər məhkəməsinin hakimi İ.A. Juravleva Fəxrəddin Abbaszadə haqqında bir aylıq həbs qərarı çıxardıb.

Fəxrəddin Abbaszadə barəsində cinayət işi bu ilin 12 iyulunda Səbayel Rayon Məhkəməsinin qərarı ilə açılıb. İki gün sonra onun haqqında axtarış elan edilib.

1956-cı il təvəllüdlü, Fəxrəddin Abbaszadə 1993-cü ildə separatçı Talış Muğan Respublikasının parlament sədri olub. 1994-cü ildə Azərbaycanı tərk edib.

2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın uyğun qurmlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib.

Müxtəlif vaxtlarda Rusiya və Ermənistan televiziyalarında Azərbaycana qarşı çıxışları ilə yadda qalıb.

Meydan Tv