12:05, 01 Fevral 2018 (Cümə axşamı) 55

Fevralın ilk məzənnələri

Fevralın ilk məzənnələri
Fevralın 1-də ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat saxlanıb. Avroda da dəyişiklik yoxdur: 2,1116 manat.

Toplum Tv-nin  məlumatına görə, Mərkəzi Bank gürcü larisinin kursunu 0,6811 manata, Rusiya rublunu 0,0303 manata, türk lirəsini 0,4528 manata qaldırıb (Məzənnələr).

Dollar 2017-ci il dekabrın 13-dən 1,7001 manata satılır. Bu, manatın devalvasiyaya uğradığı 2015-ci ildən bəri ən davamlı rəsmi məzənnədir.

2015-ci il fevralın 21-də dollar 0,7862 manatdan 1,05 manata yüksəlib. Dekabrın 21-nə təsadüf edən ikinci devalvasiyada rəsmi kurs 1,55 manat olub, il 1,5594 manatla başa çatıb.

2016-cı ildə məzənnə 1,7707 manata qalxıb.

2017-ci ildə isə dollar 7,06 qəpik ucuzlaşıb. İl ərzində ən aşağı qiymət 6-13 dekabr arası qeydə alınıb: 1,7 manat. Ən yuxarı rəsmi qiymət fevralda olub: 1,92 manat. Bu həm də ilk devalvasiyadan bəri qeydə alınan ən yüksək göstəricidir.