22:28, 14 May 2018 (Bazar ertəsi) 202

Fələstində 3 günlük matəm elan olunub

Fələstində 3 günlük matəm elan olunub
Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib.

"APA"-nın verdiyi xəbərə görə, bunu M.Abbas televiziya ilə xalqa müraciətində bəyan edib.

Fələstin rəhbəri həmçinin "Ən-Nəkba" (Böyük Fəlakət) gününün 70 illiyi ilə əlaqədar  ümummilli tətilin başlanmasını elan edib.

Son məlumatlara əsasən bu gün Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 52-yə yüksəlib, 2410 nəfər yaralanıb.