11:56, 21 Noyabr 2017 (Çərşənbə axşamı) 39

FED rəhbəri istefa məktubunu yazıb

FED rəhbəri istefa məktubunu yazıb
Səlahiyyət müddəti 2018-ci ilin fevralın 4-də başa çatan ABŞ Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellen (Janet Yellen) istefa məktubunu yazıb.

"Bloomberg" xəbər verir ki, ABŞ prezidenti Donald Trampa ünvanlanan məktubda C.Yellen qlobal maliyyə böhranı şəraitində ölkə iqtisadiyyatında irəliləyişə nail olmaqdan məmnunluğunu ifadə edib: "Bundan öncəki 10 illə müqayisədə iqtisadiyyatımız daha güclü, qarşılaşa biləcəyimiz qeyri-müəyyənliklərə daha dayanıqlıdır. ABŞ vətəndaşlarının və şirkətlərinin gözləntilərini doğrultmağa nal olduğumuz üçün çox məmnunam".

FED rəhbəri inanır ki, onu bu vəzifədə əvəzləyəcək Cerom Pauell (Jerome Powell) işinə bağlı olacaq.