21:27, 23 Noyabr 2017 (Cümə axşamı) 524

Fəalın və atasının məhkəməsi təxirə salındı - VİDEO

Noyabrın 23-də Yasamal Rayon Məhkəməsində heykəl məhbusu kimi tanınan Qiyas İbrahimovun və atası Həsən İbrahimovun növbəti məhkəməsi keçirilib.İbrahimovlar məhkəməyə hörmətsizlik maddəsi ilə ittiham olunur.
 
 

Vəkil Elçin Sadıqov şahid ifadələrində ziddiyətlər olduğuna və hakimin yönləndirici suallar verdiyinə diqqət çəkib:”Həmçinin bugünkü məhkəmə iclasına 3 nəfər şahid qismində dindirilən hakim gəlməmişdi, məhkəmə prosesi həmin hakimlərin gələsi üçün təxirə salındı.Onlar istintaqda ifadə verib birbaşa Qiyas və Həsən İbrahimovların əməllərinə tösrifedici qiymət veriblər və bildiriblər ki, İbrahimovlar hərəkətləri ilə məhkəməyə hörmətsizlik ediblər.Bununla da onlar müdafiə etdiyim şəxslərin təqsirsizlik prezumpsiyası hüququnu pozublar”. 

Məhkəmə noyabrın 29-a təxirə salınıb.

Qiyas İbrahimov digər fəal Bayram Məmmədovla birlikdə ötən ilin mayında narkotik ittihamı ilə saxlanılıb. Hər biri 10 il azadlıqdan məhrum edilib. Fəallar ittihamı qəbul etmir və eks-prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqları üçün həbs olunduqlarını deyir.Beynəlxalq təşkilatlar onları siyasi məhbus kimi tanıyır. 

İzzətxanım Cabarlı
Toplum Tv