Siyasət

Əziz Orucov tibb məntəqəsinə köçürülüb

4 Aprel, 2018
790
Əziz Orucovun səhhətində ciddi problemlər qalmaqdadır. Jurnalist çətinliklə danışır, hərarəti yüksəkdir, böyrəklərində problem yaranıb.

Vəkil Bəhruz Bayramov aprelin 4-də 14 saylı Cəzaçəkmə Müəssisəsində Kanal 13 İnternet televiziyasının icraçı direktoru Əziz Orucovla görüşündən sonra Amerikanın Səsinə müsahibəsində bildirib ki, müraciətlərindən sonra Orucov cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinə köçürülüb.

"Həkimlər müalicə edir. Amma danışmaqda, hərəkət etməkdə çətinlik çəkir. Böyrək çatışmamazlığından da əziyyət çəkir. Vəziyyəti normal deyil”, vəkil qeyd edib.

Aprelin 5 saat 11-də Ali Məhkəmədə Əziz Orucovun kassasiya şikayətinə baxılacaq.

"Əziz Orucov məhkəmədə iştirak etməyəcək. Onun iştiraklı üçün ilk öncə o, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməli idi. Bu baş verməyib. Həm də səhhəti məhkəmədə iştiraka etməsinə imkan vermir”, Bayramov Amerikanın Səsinə deyib.

Əziz Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Əziz Orucov özünü təqsirli bilmir, jurnalist fəaliyyətinin qarşısını almaq üçün həbs edildiyini bildirib. Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo