Siyasət

Əziz Orucov kamerada havasızlıqdan yıxıldığını deyib

26 İyul, 2017
436
İyulun 25-də vəkil Cavad Cavadov Bakı İstintaq Təcridxanasında "Kanal 13" internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovla görüşüb.

Vəkilin sözlərinə görə, jurnalist ona səhhətində yaranmış problemlərdən danışıb:

"Özünün bildirdiyinə görə, iyulun 23-ü saat 19 radələrində qaldığı kamerada kəskin havasızlıqdan huşunu itirib və yıxılıb. Ayıldıqda kamera yoldaşının köməyi ilə həkim çağırıldığını görüb. Həkim müdaxiləsindən sonra nisbətən vəziyyəti düzəlib. O, dəfələrlə müraciət edərək kamerasına öz hesabına sərinkeş keçirilməsini istəsə də, buna imkan yaradılmırdı. Bu səbəbdən sonuncu dəfə evlə telefonla danışıq zamanı bu əhvalatı söyləyərkən qeyri insani rəftardan şikayət etmiş və danışığı yarımçıq kəsilmişdi".

Vəkilin deməsinə görə, iyulun 25-i ona qohumları sovqatla birlikdə sərinkeş göndəriblər. Lakin günün sonuna qədər bu çatdırılmayıb:

"Eyni zamanda, dəfələrlə təcridxana rəhbərliyinə yazılı və şifahi müraciətlərinə baxmayaraq, qanunla nəzərdə tutulmuş qaydada yaxınları ilə görüş verilmir və tutarlı cavab verilmir. Müdafiə tərəfi bu qanunsuzluqlarla bağlı müvafiq qurumlara və məhkəməyə müraciət etmək niyyətindədir".

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Ancaq bu günlər 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi Ə.Orucova ayrıseçkilik və qeyri insani münasibətlə bağlı deyilənləri təkzib etmişdi. Təcridxana rəhbərliyi bildirirdi ki, Ə.Orucovla da digər təqsirləndirilənlər kimi qanun çərçivəsində davranılır.

"Kanal 13" TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, ittihamları qəbul etmir.

"Kanal 13" internet televiziyası bir neçə ildir ki, fəaliyyət göstərirdi. İnternet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur. O, Ə.Orucovun qardaşıdır. Ə.Orucovun həbsindən sonra internet televiziyasının fəaliyyətinə maneələr yarandığı bildirilir.

Mənbə: Azadlıq Radiosu 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo