Siyasət

"Exit Poll"un nəticələrinə görə İlham Əliyev 80%-dən artıq səs toplayıb

11 Aprel, 2018
724
Növbədənkənar prezident seçkilərində "Exit-poll" keçirən təşkilatlar nəticələri elan etməyə başlayıblar. 

"Meydan Tv"-nin verdiyi xəbərə görə, ilkin olaraq "ELS" Müstəqil Araşdırmalar Mərkəzi nəticələrini açıqlayıb.

Mərkəzin rəhbəri İradə Yaqubova 118 dairədə 300 məntəqədə "exit-poll" apardıqlarını bildirib. Qeyd edib ki, 80 min anket əsasında nəticə çıxarılıb:

"Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. Mərkəzin apardığı "exit-poll"un nəticələri aşağıdakı kimidir:

İlham Əliyev – 82,71 %
Qüdrət Həsənquliyev 4.23%
Zahid Oruc 3.7%
Sərdar Cəlaloğlu 3.56%
Hafiz Hacıyev 2.01%
Araz Əlizadə 1.87%
Fərəc Quliyev 1.33%.
Razi Nurullayev 0.92 %

Fransanın "Opinion Way" Tədqiqatlar İnstitutu "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə keçirdiyi sorğunun nəticələrinə görə, "exit-poll"da iştirak edən 1495 nəfər seçicidən 86,53 faizi Prezident İlham Əliyevə səs verdiklərini bildiriblər.

Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:

Qüdrət Həsənquliyev 3.10%
Zahid Oruc 2.92%
Sərdar Cəlaloğlu 2.81%
Hafiz Hacıyev 1.73%
Araz Əlizadə 1.21%
Fərəc Quliyev 1.3%.
Razi Nurullayev 0.67 %.

"Opinion Way" Tədqiqatlar İnstitutunun rəhbəri Bruno Janbart bildirib ki, qüsurluluq 1 və 2 faiz arasındadır.

"Opinion Way" Tədqiqatlar İnstitutu "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birgə səsvermə günü "exit-poll"u 118 dairə üzrə 210 məntəqədə keçirib.

 ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkətinin Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə birgə prezident seçkiləri üzrə səsvermə zamanı keçirdiyi sorğunun nəticələrinə əsasən, İlham Əliyevə 85,57 faiz səs verilib. Sorğu 14 min seçici arasında keçirilib

Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:

Qüdrət Həsənquliyev 2.96%
Zahid Oruc 2.92%
Sərdar Cəlaloğlu 2.48%
Hafiz Hacıyev 1.76%
Araz Əlizadə 1.42%
Fərəc Quliyev 1.52%.
Razi Nurullayev ¬1.37%

"Exit-poll" 40 seçki dairəsində keçirilib.

"Rəy" Monitorinq Mərkəzinin keçirdiyi "exit-poll"un nəticəsinə əsasən, seçkilərdə hazırkı dövlət başçısı İlham Əliyev 84.49 faiz səslə qalib gəlib.

Mərkəzin rəhbəri Rizvan Abbasov bildirib ki, seçicilərin 72.3 faizi səsvermədə iştirak edib.
Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:

Qüdrət Həsənquliyev 3.72%
Zahid Oruc 3.21%
Sərdar Cəlaloğlu 3.04%
Araz Əlizadə 1.65%
Hafiz Hacıyev 1.57%
Fərəc Quliyev 1.46 %
Razi Nurullayev 0.86 %.

Sorğu respublika üzrə 350 seçki məntəqəsində və 48 dairədə keçirilib.
 
"Meydan.tv"
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo