Sosial

"Evimiz zəbt olunub" – Bakıda aksiya

28 İyul, 2017
610
Bakının müxtəlif rayonlarında mülkiyyət sahibi olan 20-yə yaxın şəxs iyulun 28-də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin önündə etiraz aksiyası keçiriblər.

Onlardan Cavid Zülfüqarov bildirib ki, aksiya keçirmələrinə səbəb mənzillərini məcburi köçkünlərin zəbt etməsidir:

"Bu mənzilləri qaçqın və köçkün şəxslər 1993-cü ildə zəbt edib. Bu məsələ ilə bağlı biz Avropa İnsan Haqları Məhkəməsinə qədər şikayət etmişik. Hər birimizin əlində bu məsələ ilə bağlı qərar var. Amma onları bu mənzillərdən çıxarmaq istəmirlər və 24 ildir ki, bu problem həllini tapmır".

C.Zülfüqarov deyir ki, bu problemi bir daha komitənin və hökumətin diqqətinə çatdırmaq istəyirlər:

"Neçə vaxtdır ki, bu məsələ ilə bağlı komitəyə şikayət etsək də, məhkəmə qərarları icra edilmir. Komitə bizi köçkünlərlə üz-üzə qoyur və məsələni həll etmir".

Ancaq komitədən aksiya iştirakçılarını qəbul edən olmayıb.

C.Zülfüqarov deyib ki, mənzilləri özlərinə qaytarılmayanadək aksiyalarını davam etdirəcəklər.

Prezident İlham Əliyev 2004-cü il iyulun 1-də 298 saylı sərəncam verib. Sərəncamın 2-ci bəndi belədir:

"Azərbaycanın dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə, evlərə köçürülənədək 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər".
 


Bəzi ekspertlər deyirlər ki, bu sərəncam qaçqın və məcburi köçkünlərin mənzildən çıxarılmasına dair qərarın icrası yolunda "qırmızı işıq" rolunu oynayıb.

Mənbə: Azadlıq Radiosu
 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo