11:30, 17 May 2018 (Cümə axşamı) 197

Etiraz aksiyasında azı bir nəfər öldürülüb - İRAN

Etiraz aksiyasında azı bir nəfər öldürülüb - İRAN


/ DÜNYA
İranın cənubqərbindəki Kazerun şəhərində etiraz aksiyası olub, azı bir nəfər öldürülüb, altı nəfər xəsarət alıb. Xəbəri mayın 17-də İranın yarırəsmi Fars xəbər agentliyi yayıb.

Məlumata görə, etirazçılar polis məntəqəsinə od vurub.

"Fars” xəbər verir ki, mayın 16-da axşam "az sayda” etirazçı Kazeruna yığışıb. Bu şəhər paytaxt Tehrandan 900 kilometr cənubda yerləşir.

İranda İnsan Haqları üzrə Nyu York Mərkəzi yerli mənbələrə istinadla azı 3 nəfərin öldürüldüyünü bildirir. Sosial mediada etiraz aksiyasından həvəskar videolar yayılmaqdadır.

Artıq bir neçə həftədir Kazerunda dinc etirazlar keçirilir, əhali şəhərin bəzi rayonlarının ayrılıb yeni yaradılan şəhərə birləşdirilməsinə dair yerli administrasiyasının qərarına etiraz edir.

Öncəki etirazlardan sonra hakimiyyət rayonların ayrılmayacağını bildirib.

Kazerunda 150 min əhali yaşayır. Ənənəvi olaraq ov tüfəngləri gəzdirən qaşqay tayfası da əsasən burada məskunlaşıb.