14:45, 21 Sentyabr 2018 (Cümə) 419

Etimad İsmayılov torpağa tapşırılıb

Etimad İsmayılov torpağa tapşırılıb
Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov sentyabrın 21-i Bakının Nardaran qəsəbəsində torpağa tapşırılıb. 

İş adamı olan Etimad İsmayılov sentyabrın 19-u Türkiyənin İstanbul şəhərində öldürülüb. Cənazə Bakıya sentyabrın 20-də gətirilib.

Etimad İsmayılov 1969-cu ildə Bakıda doğulub. Ali hüquq təhsili alıb. Azərbaycan Vəkillər Kollegiyasının üzvü olub. Bir müddət Rusiyada yaşayıb, sonradan Türkiyəyə köçüb.
 

Mərhumun atası İlyas İsmayılov 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə ədliyyə naziri postlarını tutub, 2005-2015-ci illərdə Milli Məclisin üzvü olub.

Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır. Onların azyaşlı bir övladları var.