22:22, 09 Aprel 2018 (Bazar ertəsi) 22

Əsas turizm bölgələrinə dəmir yolları çəkiləcək

Əsas turizm bölgələrinə dəmir yolları çəkiləcək
 2019-cu ildən etibarən Azərbaycanın əsas turizm bölgələrinə yeni dəmir yolları çəkiləcək.

"Report"-un verdiyi xəbərə görə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında qeyd edib:

"Turizmlə bağlı bizim əlavə addımlarımız dəmir yolu ilə bağlıdır. Mən bu layihəni artıq bəyan etmişəm. Biz bu il Qəbələ şəhərinə dəmir yolu çəkməyə başlayırıq. Bu, o bölgəyə turist axınını təmin edəcək. Bu il Qusar rayonuna dəmir yolunun çəkilməsi ilə bağlı tədqiqatlar, sənədləşmə işləri, texniki-iqtisadi əsaslandırma aparılır. Yəqin ki, gələn ildən başlayaraq biz bu dəmir yollarını əsas turizm yerlərinə çəkəcəyik".