20:48, 21 Noyabr 2016 (Bazar ertəsi) 155

"ƏSA" ilk tamaşasını təqdim etdi-VİDEOREPORTAJ-FOTOLAR

Noyabrın 20-də "ƏSA" teatrı "Dumb" adlı ilk tamaşasını təqdim edib.

Psixo-dram janrında qurulan tamaşada bir insan həyatının müxtəlif mərhələlərindən bəhs edilir.

Tamaşadakı rolları Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə ifa edib.
Qeyd edək ki , "Əsa"  Azərbaycanda əlilliyi olan və olmayan insanların birgə yaratdığı ilk teatrdır. 12-15 nəfərdən ibarət olan "Əsa" teatr komandasının 8 üzvü əlilliyi olan gəncdir.

Teatrın bədii rəhbəri və təsisçisi Nihad Qulamzadə, direktoru Murad Məmmədov, baş meneceri Nicat Qulamzadədir. 

Toplum tv tamaşa haqqında olan videoreportajı  təqdim edir.









İqrar Qurban 
Toplum tv