15:04, 17 Yanvar 2019 (Cümə axşamı) 273

Ərzaq idxalı azalıb

Ərzaq idxalı azalıb
Dövlət Gömrük Komitəsinin 2018-ci il üzə hesabatında ixracın həcmini 19 milyard 458,6 milyon dollar, idxalın həcmini 11 milyard 464,9 milyon dollar göstərib.

Hesabatda bildirir ki, yanvarda 1 milyard 38,7 milyon dollarlıq, fevralda 1 milyard 172,4 milyon dollarlıq, martda 1 milyard 144,5 milyon dollarlıq, apreldə 2 milyard 296,7 milyon dollarlıq, mayda 1 milyard 718,2 milyon dollarlıq, iyunda 1 milyard 291,6 milyon dollarlıq, iyulda 2 milyard 85,9 milyon dollarlıq, avqustda 2 milyard 131,5 milyon dollarlıq, sentyabrda 1 milyard 394,7 milyon dollarlıq, oktyabrda 1 milyard 696,2 milyon dollarlıq, noyabrda 1 milyard 947,9 milyon dollarlıq, dekabrda 1 milyard 540,2 milyon dollarlıq məhsul ixrac olunub.

İdxal əməliyyatlarının dinamikası belədir: yanvar – 689,7 milyon dollar, fevral – 762,8 milyon dollar, mart – 739,1 milyon dollar, aprel – 834,5 milyon dollar, may – 829,2 milyon dollar, iyun – 805 milyon dollar, iyul – 1 milyard 116,9 milyon dollar, avqust – 1 milyard 86,4 milyon dollar, sentyabr – 1 milyard 41,6 milyon dollar, oktyabr – 1 milyard 347,5 milyon dollar, noyabr – 1 milyard 42,7 milyon dollar, dekabr – 1 milyard 169,4 milyon dollar.

Mart, may, iyun, sentyabr və dekabrda əvvəlki aylara nəzərən ixrac; mart, may, iyun, avqust, sentyabr və noyabrda əvvəlki aylara nəzərən idxal düşüb.