02:10, 18 Aprel 2018 (Çərşənbə) 532

Ermənistanda "məxməri inqilab"ın anonsu verildi

Ermənistanda


/ DÜNYA
Ermənistanın paytaxtı İrəvanda etirazlar davam edir. 

Aprelın 13-dən başlanan kütləvi etirazlara tələbələr də qoşulub. 

Etirazlara rəhbərlik edən "Elk" fraksiyasının lideri Nikol Paşinyan aprelin 17-də ölkədə "məxməri inqilab"ın başlandığını elan edib. 

Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, polis millət vəkili Paşinyanın və onun tərəfdarlarının parlamentə daxil olmasının qarşısını alıb. 

Etirazların səbəbi keçmiş Ermənistanın prezidenti Serj Sarkisyanın baş nazir postuna namizəd olmasıdır. 

Aprelin 17-də isə Ermənistan parlamenti açıq səsvermə ilə keçmiş prezident Serj Sarkisyan baş nazir seçib. 

Səsverməyə qatılan 93 deputatdan 17-si "yox”, 76-sı "hə” deyib. 

O, baş nazirliyə yeganə namizəd olub. Bundan sonra etirazlar daha da kütləviləşib. 

Rəsmi Yerevan etirazların daha da böyüməsindən çəkinir.

Aprelin 9-da Ermənistanda prezident seçkiləri keçirilib və Ermənistanın Böyük Britaniyada səfiri olmuş Armen Sarkisyan prezident seçilib.

Ermənistan artıq parlament üsulu idarə sisteminə keçib və  baş nazir dövlət başcısı sayılır. 

Hacıbaba Mustafayev
Toplum.Tv