12:49, 08 Oktyabr 2018 (Bazar ertəsi) 122

Ermənistanda İctimai Televiziyanın sahibi saxlanıldı

Ermənistanda İctimai Televiziyanın sahibi saxlanıldı


/ DÜNYA
Xüsusi İstintaq Xidməti Ermənistanın iri telekanallarından biri olan II İctimai Televiziyanın sahibi Samvel Mayrapetyanı saxlayıb.

Bu barədə TASS-a qurumun mətbuat xidmətindən bildiriblər.

Mənbə təfərrüatların bir qədər sonra açıqlanacağını deyib.

S.Mayrapetyanın vəkilləri də sahibkarın saxlanılma səbəbi barədə açıqlama vermirlər.

S.Mayrapetyan Ermənistanın iri sahibkarlarından biridir. Onun avtosalonlar şəbəkəsi, tikinti şirkətləri və restoranları var. Bundan başqa, biznesmenin 2008-ci ildə ölkədə konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezident Robert Koçaryana yaxın adamlardan biri olduğu deyilir.