12:38, 27 Fevral 2018 (Çərşənbə axşamı) 288

Ermənistanda ərzaq nə qədər bahalaşıb?

Ermənistanda ərzaq nə qədər bahalaşıb?
Ermənistanda bəzi ərzaq məhsullarının nə qədər bahalaşdığı açıqlanıb. Novator.az  Ermənistanın Milli Statistika Xidmətinə istinadən bildirir ki, ötən il 2016-cı illə müqayisədə ən çox balıq və dəniz məhsulları bahalaşıb: 20,5%.

Tərəvəzin 14,8%, meyvənin 10,6%, şəkərin 9,2%, ətin 4,1%, alkoqolsuz içkilərin 2,7%, süd məhsulları, pendir və yumurtanın 0,4% bahalaşdığı xəbər verilir.

2017-ci ildə Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4 faiz artıb. Dövlət Statistika Komitəsinin son hesabatına görə, bu ilin yanvarında istehlak məhsullarının və xidmətlərin qiymətlərində 2017-ci ilin ilk ayına nisbətən 5,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətlərində 6,9 faiz artım qeydə alınıb.