21:24, 23 Aprel 2018 (Bazar ertəsi) 38

Ermənistan hökumətinin istefası qəbul edilib

Ermənistan hökumətinin istefası qəbul edilib
Ermənistan prezidenti Armen Sarkisyan bu gün, aprelin 23-ü hökumətin istefasını qəbul edib.

"Report"un verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidenti sərəncam imzalayıb.

Prezidentin saytında yerləşdirilən sərəncamda deyilir: "Konstitusiyanın 13-cü maddəsinə əsaslanaraq Ermənistan Respublikasının hökumətinin istefası qəbul edilsin".