Siyasət

"Ermənilərin məqsədi odur ki, onları Qarabağdan çıxarmaq çətinləşsin" - Deputat

19 Oktyabr, 2018
2822
Son günlər Ermənistan KİV-də Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda "Sidney” adlı qəsəbənin salınması, həmçinin işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat yayılıb. 

Yayılan xəbərlə bağlı Azərbaycan XİN-in şərhində bildirilib ki, bu, beynəlxalq humanitar hüququn pozulması deməkdir: "Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən məskunlaşmanın aparılması, demoqrafik vəziyyətin dəyişdirilməsi və digər bu kimi qeyri-qanuni əməllərin həyata keçirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır”.

Bəs bununla Ermənistan Azərbaycana hansı mesajı ötürür? 

Ermənistanın Dağlıq Qarabağla planları nədir?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc Toplum.tv-yə bildirib ki, Ermənistanın hər hansısa bir regionun infrastrukturunu qaldırılması üçün daxili vəsaiti yetərli deyil. 
 
Deputat deyir ki, bunun üçün beynəlxalq turnirlər keçirməli, diaspor resurslarından çoxmilyonlu yardımlar almalıdılar: "Bildiyimiz kimi, Dağlıq Qarabağın özünün ərazisi 4.38 min kvadrat kilometrdir. Yerdə qalan ərazilər isə 12 min kvadrat kilometrdən artıqdır. Torpaq üzərində bütün bu, təcavüzkarlıq faktını həyata keçirməklə yanaşı Ermənistan tərəfi eyni zamanda  işğal olunmuş torpaqları Dağlıq Qarabağın "Konstitusiya”sında öz ərazilərinə çeviriblər və bu şəkildə sənədli təsdiq ediblər. 

Bir məkanı sən o zaman vətənə çevirə bilərsən ki, o məkanın torpaqlarını əkib-becərirsən, üzərində təsərrüfat işləri ilə məşğul olursan, illərlə burada övladlar yetişdirirsən və gələcəkdə bu yeri doğma məkana, ocağa çevirirsən. İndiki halda isə ermənilər hələ də səngərdə dayanır və daim müharibə təhlükəsi ilə yaşayır. Heç Ermənistan öz inzibati ərazisini əhali ilə məskunlaşdırıb bitirə bilmirlər. Necə ola bilər ki, yerdə qalan əraziləri – Kəlbəcəri, Qubadlını, Zəngilanı və ya Ağdamı bir gün içərisində on minlərlə ailə ilə yerbəyer edə bilərlər? Açığı bunlar real məsələlər deyil”.

Deputat bildirib ki, konkret layihələr gerçək ola bilər: "Azərbaycan tərəfinin görməsi üçün konkret bir kəndin və ya bir qəsəbənin üzərindən informativ təbliğat həyata keçirilir. Məsələ isə bir neçə məqsəd güdür. Birincisi, bununla orada yaşayan erməni vətəndaşlarına mesaj ötürülür ki,bu torpaqlara daha çox bağlansınlar, daimi yaşayacaqlarını görsünlər. İkincisi isə Ermənistanın daxili vəsaiti çatmadığı üçün alacaqları yardım vəsaiti ilə həmin ərazilərin infrastrukturunu qaldıra bilsinlər.

Bir hadisəyə öz çərçivəsində baxsaq, görəcəyik ki, söhbət bir neçə yüz erməni vətəndaşının həmin ərazilərə cəlb edilməsindən gedir. Yəni ermənilər bu qədər çoxdur ki, Kəlbəcər, Qubadlı kimi ərazilərə daxil ola bilsinlər?!”

Zahid Oruc Qarabağın demoqrafik vəziyyətindən danışıb: "Burada qadınlar oğlan uşaqlarını dünyaya gətirmirlər. Təqdim edilmiş statistikaya əsasən qız uşaqlarının sayı oğlan uşaqlarının sayından çoxdur. Niyə? Çünki analar bilirlər ki, gələcəkdə oğul övladları müharibənin yeminə çevriləcəklər. Buna görə də  bu qədər erməni vətəndaşını hansı məkana gətirib yerləşdirəcəklər ki, həmin insanlar da öz növbəsində torpaqları əkib-becərib, faydalı istifadə etsinlər və gələcəkdə Azərbaycan üçün orada yaşayan erməniləri vurub çıxarmaq daha da çətinləşsin. Məsələnin reallığı budur”.

Siyasi şərhçi Şahin Rzayev Toplum.Tv-yə bildirib ki, Ermənistanın Dağlıq Qarabağdan çəkilmək fikri yoxdur:
 
 
"İndiki halda Ermənistan nəinki bir, heç yarım rayonu, bir qəsəbəni belə azad etməyə hazır deyillər. Çünki növbədənkənar parlament seçkiləri gündəmdədir və Paşinyan hələ öz yerini möhkəmləndirməyib. Ciddi danışıqlar gələn ildə davam edilə bilər. Yolun çəkilməsi məsələsinə isə müsbət baxıram, çünki gec-tez bu yol bütün Kəlbəcər rayonu ilə birgə Azərbaycana qalacaq. Bizim əhali də bu yoldan istifadə edəcək”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitə üzvü, deputat Fərəc Quliyev Toplum.tv-yə bildirib ki, Ermənistan apardığı danışıqlarla sadəcə, vaxt uzatmaq istəyirlər.
 
 
Deputatın sözlərinə görə Azərbaycan xalqı toparlanmalıdır və hərbi yolla işğal edilmiş torpaqları azad etməlidir: "Müzakirəyə qoyulan məsələ əslində ciddi mövzudur. Uzun müddətdir ki, Ermənistan tərəfi guya danışıqlarda formatı dəyişmək istəyirlər, bəzi nüanslara yenidən baxılmasını təklif ediblər. Bütün bunlar bəhanədən başqa bir şey deyil. Ermənistan tərəfi indiki vəziyyətini saxlamaqda maraqlıdır. Azərbaycan və Türkiyə ərazisindən torpaqlar qoparmaqla Böyük Ermənistan qurmaq niyyətindədilər. Amma Azərbaycanın kifayət qədər gücü və hüquqi əsasları var. BMT-nin 4 qətnaməsi var və bu təşkilat öz nizamnaməsinin 7-ci bəndinə istinad edib. 45 və 47-ci paraqraflara görə hərbi və ya qeyri-hərbi sanksiyalarla Ermənistanı geri çəkməliydi, amma çəkmədi. Buna görə də biz gücümüzü artırmalıyıq”.

Konfliktologiya üzrə digər ekspert Əvəz Həsənov isə bildirib ki, Kəlbəcərin, Laçının abadlaşdırılması məsələləri yeni hadisə deyil:
 

"Ermənistan işğaldan dərhal sonra iqtisadiyyatda müəyyən düzəliş etdikdən sonra Kəlbəcər və Laçında abadlıq işlərinə başlayıblar. Bu heç də yeni bir şey deyil. Əsasən Kəlbəcər və Laçının yenidən qurulması məsələsi üzrə fokuslanıblar. Yol məsələsinə gəldikdə isə Ermənistan bu yolları çəkməklə demək olar ki, Dağlıq Qarabağın iqtisadiyyatını tək Laçından asılı etmək istəmir. Eyni zamanda Dağlıq Qarabağın digər regionlarla da əlaqələrinin qurulmasını istəyirlər”.

Ekspert qeyd edib ki, 5 və ya 7 rayonun qaytarılması məsələsinə Azərbaycanın mətbuatından başqa digər mətbuatlarda görmək olmur.  

Samirə Əliyeva
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo