17:33, 11 Oktyabr 2017 (Çərşənbə) 44

Erməni əsgəri həlak olub

Erməni əsgəri həlak olub
Ermənistanın müdafiə nazirliyi oktyabrın 10-da 1 əsgərinin həlak olduğunu bildirir.

Məlumata görə, əsgər oktyabrın 10-u saat 11 radələrində Ermənistan müdafiə nazirliyinin N saylı hərbi hissədə mühəndislik edərkən rəqib tərəfindən açılan atəş nəticəsində ölümcül güllə yarası alıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.