21:23, 05 Mart 2018 (Bazar ertəsi) 114

Ərəb dilində yayımlanan türk seriallarına qadağa qoyulub

Ərəb dilində yayımlanan türk seriallarına qadağa qoyulub


/ DÜNYA
Ərəb dilidə yayımlanan və Dubayda mənzillənən MBC-nin nəzdində fəaliyyət göstərən bütün kanallarda türk seriallarının nümayişi dayandırılmağa başlanıb.

Birləşmiş Ərəb Əmirliklərində nəşr edilən "The National" ingilisdilli qəzetinin yaydığı məlumata görə, MBC, nəzdində fəaliyyət göstərən bütün kanallara təlimat göndərərək ikinci bir göstəriş verilənə qədər türk seriallarının nümayişini dayandırmağı tələb edib.

Xəbərlərdə gözlənilməz olduğu bildirilən bu qərarın arxasında dayanan səbəblərin hələlik bilinmədiyi vurğulanıb.

MBC Group-un nümayəndəsi Mazen Hayek "The National"-a verdiyi açıqlamada qərarı təsdiqləyib, ancaq bu qərarın səbəbi və ya kim tərəfindən verildiyinə dair hər hansı bir məlumat açıqlamayıb.

Hayek "MBC də daxil olmaqla, bir çox ərəb ölkəsində türk seriallarının nümayişinin dayandırılması istiqamətində bəzi media qruplarını maraqlandıran bir qərar qəbul edilib" deyib.

Hayek qərarın cümə günü, martın 2-də verildiyini də sözlərinə əlavə edib.

The National-ın xəbərində bu günə qədər aralarında "Vatanım Sensin" serialının da olduğu altı serialın bu qərar çərçivəsində yayımdan çıxarıldığı bildirilib.

Lakin Dubai TV-nin həftəlik proqramında Kösem Sultan serialının adı hələ də qalmaqdadır.

MBC nümayəndəsi Hayek verilən qərarın onlar üçün "daha keyfiyyətli xüsusi ərəb serialları yaratmaq" fürsəti təqdim edə biləcəyini vurğulayıb.