Manşet

Ərdoğandan Avropa Birliyinə mesaj

22 May, 2017
1229
"Artıq Avropa Birliyinin ölkəmizin və millətimizin qürurunu heçə sayma nöqtəsinə gələn ikiüzlü hərəkətlərinə çox səbr etmək məcburiyyətində deyilik. Avropa Birliyi ya bizə verdiyi sözləri tutmalıdır, ya da hər kəs öz bildiyini edəcək” – bunu AKP-nin (Adalet ve Kalkınma Partisi) yenidən lideri seçilən Rəcəb Tayyib Ərdoğan deyib. 

Ərdoğan, hər şeyə rağmən, seçiminin Avropa Birliyi ilə yola davam etmək olduğunu da vurğulayıb.

Bəs onun bu çıxışı Türkiyə Avropa Birliyi münasibətlərinə necə təsir edə bilər? Bu tip çıxışlar qarşılıqlı olaraq hansı nəticəni doğura bilər?
 
Azər Qasımlı: "Hər iki tərəf bir-birindən asılı vəziyyətdədir”
Related image
 Politoloq Azər Qasımlı Toplum TV-yə verdiyi açlıqlamada bildirib ki, bu tip çıxışlar Türkiyə Avropa Birliyi münasibətlərinə sözsüz ki, mənfi təsir edəcək: 

"Belə bəyanatlar vermək xoşagələn deyil. Onsuz da Avropa Birliyi ilə Türkiyə arasındaki münasibətlər yaxşı deyil, bu tipli bəyanatlar da, əksinə, münasibətlərdə daha çox problemlər yaradır. Amma gerçəklik də ondan ibarətdir ki, Türkiyə Avropa Birliyinə lazımdır. İstər immiqrasiya məsələləri ilə bağlı, istərsə də Suriyadan və digər bölgələrdən olan miqrantlarla bağlı Türkiyənin önəmi böyükdür. Geopolitik olaraq Türkiyənin yerləşdiyi coğrafiya olaraq, həm də NATO daxilində çəkisi nöqteyi-nəzərdən, yəni avroatlantik məkanda Türkiyənin təhlükəsizlik sistemində tutduğu yer çox önəmli bir yerdir. Bu baxımdan Avropa Birliyinin Türkiyəyə böyük ehtiyacı var. Digər tərəfdən də, həm iqtisadi, həm də təhlükəsizlik nöqteyi-nəzərdən Türkiyənin də Avropa Birliyinə ciddi şəkildə ehtiyacı var. Düşünürəm ki, bütün bu bəyanatlara baxmayaraq, irəlidə münasibətləri tənzimləmək və yenidən oturub danışıqlar aparmaq məcburiyyətində olacaqlar. Düzdür, bu Türkiyəni Avropa Birliyinə o qədər də yaxınlaşdırmayacaq, üzv etməyəcək, amma ən azından indiki ritorikadan çəkinəcəklər, uzaq olacaqlar və avroatlantik məkana, bu çətirin altına yenidən dönmüş olacaqlar. Demək istədiyim odur ki, bir-birindən asılı vəziyyətdədir, hər iki tərəfin maraqları bir-biri ilə üst-üstə düşür, ona görə də, bu narazılıqları uzlaşdırmaq, problemləri həll etmək məcburiyyətindədirlər”.
 
Elxan Şahinoğlu: "Münasibətlər getdikcə soyumağa davam edəcək”
 Related image
Politoloq Elxan Şahinoğlu isə Azər Qasımlıdan fərqli olaraq bildirib ki, Türkiyə ilə Avropa arasındaki münasibətlər bundan sonra da soyumağa doğru gedəcək:

"Avropa Birliyi ilə Türkiyə arasındaki münasibətlər xeyli soyuyub. Çünki Avropa Birliyi verdiyi vədlərin əksinə olaraq, Türkiyəni öz təşkilatlarına üzv etmək istəmir. Üstəgəl, Avropa ölkələrində PKK terrorçuları və FETÖ-yə bağlı insanlar rahat işləyə bilirlər, pul toplaya bilirlər və bundan da Türkiyə əleyhinə istifadə edirlər. Bu da, Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətləri gərginləşdirir. Digər tərəfdən, Avropa İttifaqı söz vermişdi ki, suriyalı qaçqınların Türkiyədə yerləşdirilməsinə 3 milyard dollar civarında maddi dəstək verəcək, amma onun çox hissəsini vermədi. Bütün bunlar da ona gətirib çıxardı ki, Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlər soyudu. Ona görə də, Ərdoğan bu açıqlamanı verməklə əslində hazırkı faktı konsultasiya edib. Mən isə düşünürəm ki, bu münasibətlər getdikcə soyumağa davam edəcək”.
 
Əli Zeynal
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo