Dünya

Ərdoğan Vatikana səfər edib

5 Fevral, 2018
947
Bazar ertəsi günü Türkiyə prezidenti Recep Tayyip Erdoğan Vatikanda Roma Papası Francis ilə görüşüb.

"Amerikanın Səsi"nin verdiyi xəbərə görə, Səfərdən əvvəl Erdoğan Papa ilə görüşünün əsas mövzusunun Qüds (Yerusəlim) olduğunu deyib.

Görüşdən qabaq prezident Erdoğan və Papa bir-birilərinə hədiyyə bağışlayıblar.

Görüş Romanın mərkəzində etiraz aksiyalarının keçirilməsinə 24 saatlıq qadağa qoyulması fonunda keçirlir.

Erdoğan Romaya bazar günü gəlib, bazar ertəsi axşam isə onun səfəri başa çatır.

Bu səfərlə bağlı görülmüş təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün, ümumilikdə, 3,500 nəfərlik polis qüvvəsi səfərbər edilib.

Türkiyə lideri son 59 ildə ilk dəfədir ki, Vatikana baş çəkir.

Erdoğanın Vatikana səfəri ərəfəsində Romada Müqəddəs Pyotr meydanı polis nəzarətinə götürülüb.

Təhlükəsizlik tədbirlərinə baxmayaraq, İtaliyadakı kürd assosiasiyası Vatikan yaxınlığında 200 adamın iştirakı ilə oturaq etiraz aksiyası keçirməyi planlaşdırıb.

Romaya səfəri zamanı cənab Erdogan, italiyalı həmkarı Sergio Mattarella və Baş nazair Paolo Gentiloni ilə də görüşlər keçirəcək.

Güman edildiyi kimi, ikitərəfli danışıqların gündəliyi qanunsuz miqrasiya, müdafiə və Aİ-yə üzvlük kimi məsələləri əhatə edə bilər.

Bazar günü verdiyi qəzet müsahibəsində Erdoğan bildirmişdi ki, Türkiyə Aİ-də bərabərhüquqlu üzvlüyə nail olmaq istəyir və Liviyada İtaliya ilə birgə hərəkət edəcəyini istisna etmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo