12:32, 22 İyun 2018 (Cümə) 181

Ərdoğan nazirləri ixtisar edəcəyini deyir

Ərdoğan nazirləri ixtisar edəcəyini deyir


/ DÜNYA
Türkiyə prezidenti Ərdoğan bildirib ki, bazar günü seçkilərdə qalib gəlsə, nazirlərin sayını 16 a endirəcək, hökumətin qərar vermə sürətini artıracaq. Prezident bunu iyunun 21-də ATV telekanalına müsahibəsində deyib.

"Mən baş nazir olanda hökumətdə 37 nazir var idi, biz onların sayını 26-a endirdik, indi 16-a salacağıq”.

Ərdoğan deyib ki, iqtisadiyyatla məşğul olan nazirliklərin sayı 6-dan 3-ə endiriləcək.

"Yeni sistemlə biz bürokratiyanı azaldacağıq. Qərarlar daha tez veriləcək, bütün xidmətlər real nəticəyə hesablanacaq”.

Ərdoğan deyib ki, nazirlərdən başqa, sosial, sağlamlıq və xarici siyasətlə bağlı doqquz siyasi kollegiya yaradılacaq və onlar prezidentə birbaşa hesabat verəcəklər.

İyunun 24-də Türkiyədə prezident və parlament seçkisi keçiriləcək.