22:32, 16 Aprel 2018 (Bazar ertəsi) 133

Ərdoğan NATO-nun baş katibi ilə görüşüb

Ərdoğan NATO-nun baş katibi ilə görüşüb
Aprelin 16-ı Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olub.

APA-nın xəbərinə görə, görüşdə Suriyadakı vəziyyət və Türkiyə - NATO münasibətləri müzakirə olunub.

NATO baş katibi Türkiyənin Alyansdakı strateji əhəmiyyətini vurğulayıb. Tərəflər  həmçinin iyul ayında Brüsseldə keçiriləcək NATO zirvə toplantısına hazırlığı müzakirə ediblər.