Dünya

Ərdoğan bu gün and içir

9 İyul, 2018
898
Rəcəb Tayyip Ərdoğan bu gün – iyulun 9-da prezident andı içəcək. O, 80 milyon əhalisi olan ölkə üçün "yeni era” vəd edir.

Ərdoğan 15 ildən çoxdur Türkiyə siyasətində dominant roldadır, əvvəlcə baş nazir, 2014-cü ildən isə prezident postundadır.

O, iyunun 24-də keçirilən səsvermədə səslərin 52,5 faizini toplayıb. 2017-ci il referendumunun nəticələrinə görə, hökumət parlament sistemindən prezident üsul-idarəsinə keçib.

Bu dəyişiklər Ərdoğana yeni səlahiyyətlər verir. Tənqidçilər yeni sistemin Türkiyəni "bir adamın rejimi”nə çevirəcəyini bildirir.

And içəndən sonra Ərdoğan həm dövlət, həm hökumət başçısı olacaq. Belə ki, baş nazir postu ləğv olunur, parlament isə səlahiyyətlərinin çoxundan məhrum edilir.

"Prezidentin andiçmə mırasimi ilə Türkiyə yeni eraya qədəm qoyur”, – Ərdoğan iyulun 8-də deyib.

Onun sözlərinə görə, mərasimə dünyadan 22 prezident, 17 baş nazir, vitse-prezidentlər, parlament spikerləri qatılacaq.

Rusiyanın baş naziri Dmitri Medvedev-in mərasimə qatılacağı gözlənir.

Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (AKP) son seçkidə səslərin 42,5 faizini toplayıb və çoxluğu qazana bilməyib. Ancaq ifrat sağçı Millətçi Hərəkat Partiyası (MHP) ilə birlikdə 600 yerlik parlamentdə 344 yeri təmin edə bilib.

Ərdoğan beş il prezident olacaq, iki dəfə dalbadal bu posta seçilə, yəni, o, 2028-ci ilədək hakimiyyətdə qala bilər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo