16:55, 14 Mart 2018 (Çərşənbə) 206

Ərdoğan Afrinin bu gün tutulacağına ümid edir

Ərdoğan Afrinin bu gün tutulacağına ümid edir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, Suriyanın şimalındakı Afrin şəhərinin martın 14-də axşamadək tamamilə ələ keçiriləcəyinə ümid edir. Bir gün öncə Türkiyə ordusu üsyançı müttəfiqləri ilə birlikdə şəhəri mühasirəyə alıb.

"Reuters” agentliyinin xəbərinə görə, Ərdoğan Ankarada yerli inzibatçılarla görüşündə onu da deyib ki, Afrindən dinc sakinlər xüsusi dəhlizlə evakuasiya olunmaqdadır.

Türkiyə qüvvələri iki aya yaxındır Suriyanın şimalında kürd yaraqlılara qarşı əməliyyatlar keçirir.

Suriyanın kürd YPG qruplaşması isə bildirib ki, Ankaranın Afrinin tutulmasıyla bağlı gözləntisi real deyil.

"O bu axşamadək Afrini alacaq?” - YPG-nin sözçüsü Nouri Mahmud söyləyib.

"Ərdoğan əhaliyə yalan deyir. Bunun necə baş verəcəyini bilmirəm”, – deyən Mahmoud Afrindən dinc sakinlərin evakuasiya olunmasıyla bağlı bəyanatları da "yalan" adlandırıb.