17:14, 12 Oktyabr 2017 (Cümə axşamı) 40

Energetika naziri təyin olunub

Energetika naziri təyin olunub
Azərbaycanın yeni energetika naziri təyin edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri təyin edilib.

Qeyd edək ki, P.Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatiya sahəsində fəaliyyətə başlayıb.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri işləyib. 
Ailəlidir, iki övladı var. 
 
Azərbaycanın yeni energetika naziri təyin edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri təyin edilib.

P.Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub.

1991-ci ildən diplomatiya sahəsində fəaliyyətə başlayıb.1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib.

1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri işləyib. 
Ailəlidir, iki övladı var. 

Daha əvvəl bu vəzifəni Natiq Əliyev icra edirdi. N.Əliyev bu ilin iyun ayında Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada dünyasın dəyişib.
O 22 oktyabr 2013-cü il tarixində energetika naziri vəzifəsinə təyin edilmişdi.