15:36, 13 Aprel 2018 (Cümə) 154

Çempionlar Liqasında və Avroliqada erkən final

Çempionlar Liqasında və Avroliqada erkən final


/ DÜNYA
Bu gün Çempionlar Liqasının və Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb.

Toplum.TV xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada komandalar finala gedən yolda rəqiblərini tanıyıb.

Yarımfinal

"Bavariya" (Almaniya) - "Real Madrid" (İspaniya) 
"Liverpul" (İngiltərə) - "Roma" (İtaliya)

İlk oyunlar 24-25 aprel, cavab görüşləri 1-2 mayda keçiriləcək.

Bu gün həmçinin UEFA Avropa Liqasında yarımfinal mərhələsinin də püşkü atılıb.
London "Arsenal"ı Madrid "Atletiko"suna rəqib olub. Bu cütlüyün mübarizəsini Avroliqada erkən final adlandırmaq olar. 

Yarımfinal

"Marsel" (Fransa) - "Zalsburq" (Avstriya)
"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)

Yarımfinalın ilk oyunları 26 aprel, cavab görüşləri 3 mayda keçiriləcək.

Alya Ağayeva 
Toplum.TV