21:32, 14 May 2018 (Bazar ertəsi) 160

Elmar Məmmədyarov ATƏT həmsədrləri ilə görüşəcək

Elmar Məmmədyarov ATƏT həmsədrləri ilə görüşəcək
Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldən Parisə işgüzar səfərə yola düşüb.

XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, 15 may tarixində Parisdə xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

"Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, həmçinin son günlərdə Ermənistanda cərəyan edən hadisələr müzakirə olunacaq”, - H.Hacıyev bildirib. 
 
"apa.az"