Dünya

"Əlirza Fərşinin həbs hökmü dərhal ləğv edilməliidir" - Amnesty International

23 Fevral, 2018
880
Amnesty International Dünya Ana Dili Günü münasibətilə yayımladığı farsdilli bəyanatını keçən il 15 il həbs cəzasına məhkum edilmiş türk dil haqları fəalı Əlirza Fərşiyə həsr edib.

"O, cəsurdur. Azlıqların hüquqlarının təmin edilməsi üçün kampaniyalar təşkil edir,” deyə Amnesty Internationalın farsdilli telegram kanalında yayımlanmış posterdə dərc edilib.

Dünya Ana Dili Günündə Əlirza Fərşinin yanında olun. İran rəsmilərinə xatırladın ki, azlıqların hüququnu müdafiə etmək cinayət deyil.

"Dünya Ana Dili Günündə Əlirza Fərşinin yanında olun. İran rəsmilərinə xatırladın ki, azlıqların hüququnu müdafiə etmək cinayət deyil. İranın türk icmasından olan Əlirza Fərşi Dünya Ana Dili Gününə dair onlayn kampaniyanın təsisçisidir,” deyə məşhur insan haqları təşkilatının bəyanatında qeyd edilib.

2014 və 2015-ci illərdə Dünya Ana Dili Günü münasibətilə keçirilən mərasimlərə qatılmaq və türk dilində təhsil tələbinə dair imza kampaniyası təşkil etmək səbəbilə Əlirza Fərşi 15 il həbs və Xuzistan vilayətinin Bağməlik şəhərində 2 il sürgündə yaşamaq cəzasına məhkum edilib.

Fərşinin 3 il əvvəl ana dili günündə həbs edilməsinə diqqət çəkən Amnesty International onun "barışcıl yollarla dil hüquqlarını müdafiə etməsi” üzündən cəzalandırıldığını vurğulayıb.

Beynəlxalq insan haqları qurumu Əlirza Fərşinin mühakimə prosesini tənqid edib:

"Məhkəmə Əlirza Fərşinin dinc fəaliyyətlərini cinayət dəlili hesab edib... Hökmdə dəfələrlə ‘sözdə ana dili günü’ ifadəsinə yer verilib və bu beynəlxalq münasibət lağa qoyulub. Mühakimədə Əlirza Fərşinin fəaliyyətlərinin ‘bölücülük və pantürkist fəaliyyətlər’ olduğu iddia edilib.”

Keçən il İran İnqilab Məhkəməsi bir neçə türk dil haqları fəalı, o cümlədən Əlirza Fərşi, Əkbər Azad, Siyamək Mirzayi, Behnam Şeyxi və Həmid Mənafini 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il ölkənin türk əhalisi olmayan bölgələrində sürgündə yaşamaq cəzasına məhkum edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo