Siyasət

Əli Kərimli Avropa Məhkəməsinə üz tutacaq

14 Dekabr, 2018
1087
Dekabrın 14-də Bakı Apelyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin 2500 manat cərimələnməsi barədə Səbail Rayon Məhkəməsinin çıxardığı qərarından verilmiş şikayətə baxılıb.

Əli Kərimlinin özünün iştirakı olmadan keçirilən məhkəmədə onu vəkil Fuad Ağayev təmsil edib. Vəkil noyabrın 17-də Ə.Kərimli saxlandığı gün həmin ərazidəki müşahidə kameralarının qeydə aldığı görüntülərə baxış keçirilməsi barədə vəsatət qaldırıb. F.Ağayev bildirib ki, əgər görüntülər araşdırılsa, Ə.Kərimlinin, yoxsa onun inzibati xətaya yol verdiyini iddia edən polisin haqlı olduğu aydınlaşacaq. Bu baxımdan, videogörüntülərə baxış keçirilməsi mütləqdir.

Hakim vəsatəti təmin etməyib.

Əli Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1 (yığıncaq, mitinq, nümayiş, küçə yürüşləri və piketlərin təşkilinin, keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulması) maddəsilə təqsirli bilinərək, cərimələnib. F.Ağayev isə məhkəmədə bildirib ki, bu ittiham əsassızdır, həqiqəti əks etdirmir. Çünki həmin gün Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və cəbhəçilər yürüş keçirməyib, onlar Milli Dirçəliş Gününün 30 illiyilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib, onların məzarı üstünə gül qoymaq istəyiblər.

Vəkil Səbail Rayon Məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu bildirib və onun ləğv olunmasını istəyib.

Hakim Qədim Babayev isə qərarı qüvvədə saxlayıb.

Ə.Kərimli özü də Səbail Rayon Məhkəməsində bu məsələyə baxılarkən demişdi ki, onlar həmin gün siyasi aksiya, yürüş yox, anım mərasimi keçiriblər:

"Bu barədə öncədən "Facebook” səhifəmdə də yazmışdım ki, Şəhidlər Xiyabanını ziyarət edəcəyik. 1988-ci ildə - mən hələ tələbə idim - biz Meydan hərəkatını başlatdıq, Azadlıq meydanını Kommunist Partiyasından aldıq. Həmin gün başlayan hərəkat Azərbaycanın dövlət müstəqilliyinə, indi bu zalda olan üçrəngli bayrağın yenidən dalğalanmasına gətirib çıxardı. Biz ona görə məhz həmin gün bu ölkənin müstəqilliyi uğrunda canından keçən adamların ziyarətinə getmək qərarı verdik”.

AXCP mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından sonra növbəti hüquqi addım Avropa Məhkəməsinə müraciət etmək olacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo