11:38, 11 Aprel 2018 (Çərşənbə) 238

Ələsgər Məmmədli: "Məntəqələrdə minimum 17-18 müşahidəçi olmalıdır"

Ələsgər Məmmədli:
"Məntəqələrin hər birində minimum 17-18 nəfər müşahidəçi olmalıdır".

Bunu hüquqşünas Ələsgər Məmmədli öz "Facebook" səhifəsində yazıb.

"MSK-nın bildirdiyinə görə bu gün 58 mindən çox müşahidəçi məntəqələrdə müşahidə aparacaq. Maraqlıdır, hər məntəqəyə ortalama 10-dan çox müşahidəçi düşür. 6 nəfər komissiya üzvü, 10 müşahidəçi və media nümayəndələri. Deməli, məntəqələrin hər birində minimum 17-18 nəfər olmalıdır. Siz məntəqələrdə bu qədər müşahidəçı görürsüzmü, yoxsa MSK, sadəcə, rəqəmlə oynayıb?", - deyə Ələsgər Məmmədli qeyd edib.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

MSK-nın Media və ictimai əlaqələr şöbəsinin məlumatına görə, prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub.

Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.
 
Alya Ağayeva
Toplum.Tv