İqtisadiyyat

Elektrik enerjisinin qiyməti arta bilər

12 Dekabr, 2017
1657
Elektrik enerjisinin qiyməti arta bilər. Ekspertlər bu qənaətdədir.

Azərbaycan Energetika Mütəxəssisləri və Mühəndisləri Assosiasiyasının sədri Rəsul Süleymanov "Turan”-a deyib ki, qiymət artımı zamanı əhalinin imkanı nəzərə alınmalıdır:

"Əldə olan məlumatlara görə, Asiya İnkişaf Bankı Azərbaycanın enerji sisteminin inkişafı üçün "Azəriqaz" ASC-yə 750 milyon dollar ayırıb, hələ "Azərenerji"nin borclarını qeyd etmirik. Hazırda AİB tarifləri uyğunlaşdırmağı tələb edir. Yoxsa "Azərenerji" və "Azərişıq" itkiyə məruz qalacaq və borclarını ödəyə bilməyəcək. Bu tələblər çərçivəsində xarici və yerli mütəxəssislər 2022-ci ilə qədər diferensial tarif artımları sistemini hazırlayır. Qiymət artımı zamanı əhalinin imkanlarını nəzərə almalıdır”.

Ötən həftə 2017-ci il üçün Dünya Energetika Şurasının (WorldEnergyCouncil, WEC) enerji trilemması indeksi Azərbaycanın enerji sektoruna enerji əlçatanlığına görə dünyanın 125 ölkəsi arasında 44-cü yeri verib. Nüfuzlu beynəlxalq struktur yalnız elektrik enerjisinin "geniş yayılması"nı deyil, həmçinin onun "maliyyə əlçatanlığı"nı nəzərə alır.

Mütəxəssis deyir ki, "fiziki əlçatanlıq" göstəricilərinin artması fonunda Azərbaycanda elektrik enerjisinin "maliyyə əlçatanlığı"nın düşməsi tendensiyası var. İnfrastrukturun modernləşdirilməsi, yeni elektrik stansiyalarının qurulması, paylama şəbəkəsinin yenidən qurulması, yeni müasir elektrik sayğaclarının quraşdırılması və s əlbəttə ki, enerji təchizatı keyfiyyətini yaxşılaşdırır. Bununla yanaşı, bu məqsədlə alınan xarici kreditlər və elektrik enerjisi sənayesinin daxili borcları tariflərin artmasına səbəb olur.

R.Süleymanovun sözlərinə görə, ABŞ dolları məzənnəsinin artımı ilə yanaşı "Azenerji" və "Azərişıq" şirkətlərinin aşağı gəlirliliyi də tarif artımını sürətləndirir. Şirkətlər xarici kreditlər hesabına tikilmiş enerji obyektlərinin səmərəsiz olması səbəbindən iflas vəziyyətindədirlər. Belə ki, son on il ərzində "Azenerji" elektrik stansiyalarının modernləşdirilməsi və tikintisi, eləcə də köhnəlmiş elektrik şəbəkəsini yenisi ilə əvəz etmək üçün milyardlarla dollar sərf edib. Nəticədə istehsalçı 1990-cı ildə 4000 mVt-dan olan gücünü iki dəfə artırıb və hazırda bu göstərici 8000 mVt-dür. Amma bu, elektrik enerjisi istehsalına az təsir edib. 1990-cı ildə 24 milyard kilovat-saatdan artıq olan elektrik enerjisi istehsalı keçən il 25 milyard kilovat-saata yaxın olub.

"Hər iki ASC idxal avadanlıqları, ehtiyat hissələri satın alır, buna xarici valyuta sərf edir. Üstəlik, bu şirkətlər əhəmiyyətli miqdarda xarici borc yığıblar. Ötən il kreditlər artan dollar məzənnəsində verilib, istehlakçılar isə ucuzlaşan Azərbaycan valyutası ilə ödəniş edib. Təsadüfi deyil ki, ötən il elektrik enerjisi tarifləri iki dəfə artırılıb, yəni iki dəfə sabit valyutaya indeksləşdirilib", - deyə ekspert qeyd edib. O deyib ki, enerji sektorunun ümumi borcu açıqlanmır. Təxmini hesablamalara görə, borcun məbləği 2,5 milyard dollardır.

Devalvasiya vəziyyəti daha da pisləşdirib. Çünki "Azənerji" və "Azəriqaz"ın xarici borcları dollarladır. Demək, növbəti devalvasiya zamanı elektrik tarifləri mütləq artırılacaq. Hətta manatın məzənnəsi düşməsə də, qiymət artımı davam edəcək. "Önümüzdəki iki il ərzində tarif ən yaxşı halda 17 qəpiyə çatacaq və bu, 33,3% artım deməkdir", - deyə Süleymanov bildirib.

"Turan” yazır ki, avro ilə hesablayanda tariflər 7 sent təşkil edir. Məsələn, dollar 78.44 qəpik olanda, tariflər 6 qəpik səviyyəsində idi. Avro sentlə hesablayanda elektrik enerjisinin qiyməti artmayıb.

"Hər halda, Azərbaycanda elektrik enerjisinin qiyməti digər ölkələrə nisbətən aşağıdır. Məsələn, Türkiyədə kVt/s 13 sentdir, bu isə təxminən iki dəfə bahadır. Azərbaycan tarifləri bu səviyyəyə gətirmək üçün çalışır, lakin devalvasiya, ödəniş qabiliyyətinin aşağı olması və ölkənin regionlarında müştəri xidmətinin aşağı səviyyədə olması buna mane olur.

Bu, o deməkdir ki, hələlik Tarif Şurası qiymətləri indeksləşdirməklə kifayətlənir, tarifəri sabit valyutanın məzənnəsinə uyğun "tənzimləyir"” – xəbərdə qeyd olunur.

R.Süleymanov onu da deyir ki, ölkənin bölgələrində abunəçilərin əksəriyyəti köhnə elektrik sayğaclarından istifadə edir, bu cihazlar mövcud tariflərin bütün növünü təqdim etməyə imkan vermir:
"Bundan əlavə, rayonlarda elektrik enerjisinin keyfiyyətinin aşağı səviyyədə olması yüksək qiymətlərə mane olur. Məsələn, Tovuz, İmişli, Ağcabədi və digər ərazilərin əhalisi "Azərişıq"a etiraz etmək hüququna malikdir. Çünki qış aylarında gərginlik 170 voltun altına düşür. Tarifləri artırmaq üçün enerji paylama şəbəkəsi qaydaya salınmalıdır".

Onun sözlərinə görə, əhali arasında qənaətlə bağlı təbliğat aparmaqla daha geniş miqyasda tarifləşdirməni tətbiq etmək planlaşdırılır: "Bugünkü tarifləri dollarla hesablasaq, təxminən 5,5 sent təşkil edir. Belə qiymətlər enerji sisteminin xərclərini ödəmir. Balansla uyğunluq üçün tariflər 7 sentdən az olmamalı, 14 qəpiyə qədər olmalıdır. Diferensial qaydada tariflərin artırılması zamanı, məsələn, ayrı-ayrı rayonlarda və günün bəzi vaxtlarında maksimal tarif 27 sent, minimum tarif 3 sent səviyyəsində olacaq. Eyni zamanda, müxtəlif tariflər sisteminin tətbiqi təxminən 600 min yeni sayğac quraşdırılmasını tələb edir. Quraşdırma qiyməti ilə birlikdə, bir sayğacın qiyməti 110 manat təşkil edir”.

Maliyyə naziri Samir Şərifov 2018-ci ilin dövlət və icmal büdcələrin layihəsinin müzakirəsi zamanı parlament komitələrinin iclasında bildirib ki, Azərbaycan hökuməti iki dövlət qurumunun maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün elektrik və su tariflərini artırmağı planlaşdırmır:

"Hökumət belə bir addım ata bilməz, çünki bu, əhali arasında narazılığa səbəb olur və maliyyə vəziyyətini pisləşdirir”.

"Fitch Rating” agentliyinə görə, "Azenerji" ASC-nin reytinqi Azərbaycanın reytinqi ilə eyni səviyyədədir, çünki hökumət onun yeganə səhmdarıdır. Agentlik qeyd edir ki, Azərbaycan manatının devalvasiyasından sonra borc və şirkətlərin gəlirləri arasındakı valyuta uyğunsuzluğu səbəbindən yerli enerji obyektlərinin kredit qabiliyyətini zəiflədir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo