17:16, 16 İyul 2018 (Bazar ertəsi) 302

Eldar Əzizova yeni vəzifə verildi

Eldar Əzizova yeni vəzifə verildi
Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Eldar Əzizov Bakı Şəhər İH başçısının müavini təyin olunub.

Bakı Şəhər İH-dən APA-ya verilən məlumata görə, E. Əzizov bu gün vəzifəsinin icrasına başlayıb.

E. Əzizov buna qədər Bakının Səbail rayonunun İH başçısı vəzifəsində çalışıb.

Hazırda Bakı şəhər İH başçısı təyinatı yoxdur.