15:43, 14 Fevral 2018 (Çərşənbə) 208

Elçin İsmayıllının şikayəti təmin olunmayıb

Elçin İsmayıllının şikayəti təmin olunmayıb


Fevralın 13-ü Şəki Apelyasiya Məhkəməsində "Azadlıq” qəzetinin bölgə müxbiri, AXCP Ali Məclisinin üzvü Elçin İsmayıllı barəsində çıxarılmış hökmdən şikayətə baxılıb.

Azadliq.info-nun xəbərinə görə, şikayət təmin edilməyib, Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı həbs qərarı qüvvədə saxlanıb.

Elçin İsmayıllı fevralın 17-dən həbsdədir. O, İsmayıllı rayonunda tutulub. Sentyabrın 18-də Şəki Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.

Apellyasiya instansiyasında Elçin İsmayıllını vəkillər Elçin Sadıqov və İslam İsmayılov müdafiə ediblər.