17:20, 22 İyun 2018 (Cümə) 1139

Elçibəyin 80 illik yubileyi keçirilib

Elçibəyin 80 illik yubileyi keçirilib
İyunun 22-də Beynəlxalq Mətbuat Mərkəzində "Əbülfəz Elçibəy-80" İctimai Təşkilat Komitəsi Azərbaycanın eks-prezidentinin 80 illik yubileyilə bağlı tədbir keçirib.

Tədbirdə çıxış edənlər Elçibəyin siyasi kimliyi, milli mübarizə hədəflərindən` danışıblar.

Ardınca  Elçibəyin əsərlərindən ibarət "İstiqlal, Hürriyyət, Bütovlük" adlı kitab tədqim olunub.

Sonda Elçibəyə həsr olunan yazı müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
 
 

Münsiflər Heyətinin qərarına əsasən, jurnalist Ləman Ələşrəfqızı birinci (1500 AZN), Jalə Mütəllimova ikinci (1000 AZN) , Səbuhi Məmmədli (500 AZN) isə üçüncü yeri qazanıb.

Daha 10 həvəsləndirici (100 AZN) mükafat təqdim edilib. 

Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidenti olub.

O, 1988-ci ildən Azərbaycanda Xalq Hərəkatının liderlərindən biri sayılıb.

1992-ci ilin iyununda Azərbaycan prezidenti seçilən Elçibəy ölkəyə bir ilə yaxın rəhbərlik edib.

Onun hakimiyyəti dövründə Rusiya qoşunları Azərbaycandan çıxarılıb. Tələbə qəbulunda test üsulu tədbiq edilib.

1993-cü il iyunun 4-də Gəncədə hakimiyyətə qarşı silahlı itaətsizlikdən sonra Elçibəy dogma kəndinə - Ordubad rayonunun Kələki kəndinə gedib.

Həmin il Heydər Əliyev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin qalibi olub.

Elçibəy 2000-ci ildə Türkiyədə vəfat edib.

O, 1938-ci il iyunun 24-də doğulub.

Pərvanə Qurbanlı
Toplum Tv